SON DƏQİQƏ

Azərbaycan yığması Kopenhagenə çatıb

Tarix:

10-10-2018, 08:26

/ 10 280 dəfə oxundu.
Azərbaycan yığması Kopenhagenə çatıb

UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə keçirəcəyi səfər oyununa yollanan Azərbaycan yığması Danimarkanın paytaxtı Kopenhagenə çatıb.

GunAz.az bildirir ki, Kopenhagen hava limanında yığmanı bir zamanlar "Neftçi" və "Qarabağ"da çalışmış, hazırda isə fəaliyyətini Danimarkanın "Aarus" klubunda davam etdirən fiziki hazırlıq üzrə məşqçi Ruben Selles qarşılayıb. İspaniyalı mütəxəssisin baş məşqçi Qurban Qurbanovla mehriban və səmimi görüşməsi diqqətlərdən yayınmayıb.

 Danimarkanın paytaxtında hava limanından heyət üzvləri "Atlantic Airways" şirkətinə məxsus təyyarə ilə Torshavna istiqamət alacaq.

Yığmanın Farer adalarına birbaşa deyil, tranzit yolu ilə uçmasına səbəb bu ölkəyə yalnız xüsusi ixtisaslaşmış pilotların eniş edə bilməsidir.

Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur" stadionunda keçiriləcək Farer adaları - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

скачать dle 12.1

Şərhlər