SON DƏQİQƏ
» » Azərbaycan Millətlər Liqasında bu gün sınaq qarşısında

Azərbaycan Millətlər Liqasında bu gün sınaq qarşısında

Tarix:

10-09-2018, 09:27

/ 10 346 dəfə oxundu.
Azərbaycan Millətlər Liqasında bu gün sınaq qarşısında

Bu gün, sentyabrın 10-da, futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.

GunAz.az-ın xəbərinə görə, Qurban Qurbanovun yetirmələri səfərdə Malta komandasının qonağı olacaq.

Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, ilk turda Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Kosova millisi ilə qolsuz bərabərliyə qalıb. 

Malta isə səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub.

İlk turdan sonra D liqasının 3-cü qrupuna üç xalla Farer adaları başçılıq edir. Hesabında bir xal olan Azərbaycan və Kosovo milliləri ikinci və üçüncü yerləri bölüşdürürlər. Malta komandası isə 0 xalla sonuncu pillədə qərarlaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ