SON DƏQİQƏ
» » Kolumbiya komandasının futbolçusu ölüm hədəsi alıb

Kolumbiya komandasının futbolçusu ölüm hədəsi alıb

Tarix:

22-06-2018, 08:00

/ 10 349 dəfə oxundu.
Kolumbiya komandasının futbolçusu ölüm hədəsi alıb

Kolumbiya milli komandasının futbolçusu Karlos Sançes dünya çempionatında Yaponiyaya 1:2 hesabı ilə uduzduqları ilk tur matçından sonra yüzlərlə ölüm hədəsi alıb.

Gunaz.az "Report"a istinadən bildirir ki, Kolumbiya polisi faktla əlaqədar araşdırmalara başlayıb.

Bildirilir ki, istifadəçilərdən biri "Twitter"də Sançesin fotosunu DÇ-1994-cü ildə avtoqol etdiyi üçün güllələnmiş Andres Eskobarla yanaşı paylaşıb. Fotonun altına bu sözlər yazılıb: "Arzulamağı təklif edirəm". Digər istifadəçi isə buna cavab olaraq, "Eskobarı avtoqola görə öldürmüşdülərsə, Sançesi də öldürüb meyitini islatmaq lazımdır".

Qeyd edək ki, Karlos Sançes Yaponiya ilə qarşılaşmanın 3-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə qırmızı vərəqə alıb. Baş hakim həmçinin Kolumbiyanın qapısına penalti təyin edib.

скачать dle 12.1

Şərhlər