SON DƏQİQƏ
» » Film çəkilişi zamanı FACİƏ - Hadisədən əvvəl son fotosunu...

Film çəkilişi zamanı FACİƏ - Hadisədən əvvəl son fotosunu...

Tarix:

6-05-2018, 10:26

/ 10 287 dəfə oxundu.
Film çəkilişi zamanı FACİƏ - Hadisədən əvvəl son fotosunu...

Kinorejissor, Kann festivalının qaliblərindən olan Karlos Karvalo CAR-da "Cerald" ləqəbli zürafənin hücumu zamanı ölüb.

"Report" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Nəşrin məlumatına görə, kinorejissor heyvanları yerli fermalardan birində iri planda lentə alıb. Bu zaman zürafə gözlənilmədən rejissora yaxınlaşıb və 47 yaşlı Karvalonu vuraraq, onu bir neçə metr kənara atıb. Rejissor xəstəxanaya yerləşdirilib, lakin başından aldığı xəsarət nəticəsində orada ölüb. Operator Dirk van der Merv bildirib ki, Karvalo hadisədən bir neçə dəqiqə əvvəl ondan fotosunu çəkməsini xahiş edib. O, fotosunu ailə üzvlərinə göndərmək niyyətində olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ