SON DƏQİQƏ
» » Dünya çempionatında 45 yaşlı qapıçı iştirak edəcək

Dünya çempionatında 45 yaşlı qapıçı iştirak edəcək

Tarix:

16-04-2018, 15:11

/ 10 413 dəfə oxundu.
Dünya çempionatında 45 yaşlı qapıçı iştirak edəcək

Futbol üzrə Misir milli komandasının qapıçısı Əhməd Əl-Şenavi Rusiyadakı dünya çempionatında iştirak edə bilməyəcə.
Gunaz.az xəbər verir ki, 27 yaşlı oyunçu dizindəki zədə ilə bağlı mundialdan kənarda qalacaq. Əl-Şenavi müayinə və müalicə üçün Almaniyaya gedəcək. Onun əvəzinə 45 yaşlı əlcək sahibi Essam Əl-Hadari dünya çempionatında forma geyinəcək. Bu, baş versə, Əl-Hadari dünya çempionatları tarixində ən yaşlı futbolçu olacaq. Hazırda bu ünvan DÇ-2014-ə 42 yaşında ikən Kolumbiya yığmasının heyətində qatılmış Türkiyə "Qalatasaray"ının sabiq qapıçısı Fərid Mondraqona məxsusdur.
Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ