SON DƏQİQƏ

“Real” Neymarı REKORD qiymətə alacaq

Tarix:

10-05-2018, 16:10

/ 10 385 dəfə oxundu.
“Real” Neymarı REKORD qiymətə alacaq

Madridin "Real” klubunun prezidenti Florentino Peres yay transfer pəncərəsində "PSJ”nin hücumçusu Neymarla müqavilə bağlamaq niyyətindədir.

Gunaz.az xəbər verir ki, bu barədə "Don Balon” nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Nəşrin məlumatına görə, klubun rəhbərliyiNeymara görə, 260 milyon avrodan keçməyə razılaşıb.

Bundan savayı 26 yaşlı "sambaçı”nı almaq üçün kral klubu beş futbolçusunu "PSJ”ə ötürməyə hazırdır.Klubun nümayəndələri artıq mart ayında Rioda hücumçu ilə görüşüb.

Neymar Fransa çempionatıvə Parisdəki yaşayışın səviyyəsindən narazıdır, ona görə də, klubdan ayrılmaq qərarına gəlib.

Xatırladaq ki, Paris təmsilçisi 2017-ci ilin yayında braziliyalı futbolçuya görə 222 milyon avro ödəyib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ