SON DƏQİQƏ

Azərbaycan cüdoçusu Almaniyada 2-ci yeri tutub

Tarix:

8-04-2018, 15:30

/ 10 322 dəfə oxundu.
Azərbaycan cüdoçusu Almaniyada 2-ci yeri tutub

Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Gunaz.az xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandasının üzvü Mirağa Hacıyev gümüş medal qazanıb.

Almaniya, Xorvatiya, İsrail və Türkiyə cüdoçularına qalib gələn Mirağa Hacıyev qızıl medal uğrunda görüşdə Türkiyə təmsilçisi Emirhan Karahana uduzaraq 2-ci yeri tutub.

Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ