Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatında qızıl medal uğrunda görüşə start verilib.
Gunaz.az xəbər verir ki, Milli Gimnastika Arenasında Niderland və Serbiya milliləri çempion adı uğrunda üz-üzə gəliblər.
Qarşılaşmanın ilk seti Serbiya voleybolçularının 25:20 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci setdə də serblə üstün olublar – 25:22.
Oyunun üçüncü seti daha inamlı təsir bağışlayan Niderland millisinin üstünlüyü ilə başa çatıb - 25:18.
Serbiya millisi 4-cü setdə 25:18 hesbı ilə qalib gələrək Avropa çempionu adını qazanıb.