SON DƏQİQƏ

Azərbaycan millisi Moldovaya qalib gəlib

Tarix:

6-04-2026, 18:30

/ 2 599 dəfə oxundu.
Azərbaycan millisi Moldovaya qalib gəlib

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununa çıxıb.
GunAz.az xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurublar.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.
скачать dle 12.1

Şərhlər