SON DƏQİQƏ
» » ÇL: 1/8 final mərhələsinə vəsiqə qazanan DÖRD KLUB

ÇL: 1/8 final mərhələsinə vəsiqə qazanan DÖRD KLUB

Tarix:

25-02-2026, 08:12

/ 2 825 dəfə oxundu.
ÇL: 1/8 final mərhələsinə vəsiqə qazanan DÖRD KLUB

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
GunAz.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
Əvvəlcə "Atletiko Madrid" İspaniyada Belçikanın "Brügge" klubunu qəbul edib. Görüş Madrid təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 4:1.
Yunanıstanın "Olimpiakos" komandası Almaniyada "Bayer Leverkuzen"lə qolsuz heç-heçə edib - 0:0.
Norveçin "Budo/Qlimt" kollektivi sürpriz şəkildə İtaliyada yerli "İnter" klubunu 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Azərbaycan çempionu "Qarabağ" isə İngiltərədə "Nyukasl"a uduzub -3-2
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
"Atletiko Madrid" (İspaniya) - "Brügge" (Belçika) 4:1.
İlk oyun: 3:3
"Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) 3:2
İlk oyun: 6:1
"Bayer Leverkuzen" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) 0:0
İlk oyun: 2:0
"İnter" (İtaliya) - "Budo/Qlimt" (Norveç) 1:2
İlk oyun: 1:3.
скачать dle 12.1

Şərhlər