SON DƏQİQƏ

UEFA “Qarabağ”ı CƏZALANDIRDI

Tarix:

21-02-2026, 16:29

/ 3 342 dəfə oxundu.
UEFA “Qarabağ”ı CƏZALANDIRDI

GunAz.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda şüarlara  UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.
Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.
QOL.az-ın əldə etdiyi xəbərə görə isə cəzaya səbəb azarkeşlərin “UEFA - mafiya” şüarı səsləndirməsi olub.
Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.
скачать dle 12.1

Şərhlər