SON DƏQİQƏ

"Real" 3:0 hesablı qələbəyə sevinib

Tarix:

3-04-2017, 10:48

/ 5 889 dəfə oxundu.
"Real" 3:0 hesablı qələbəyə sevinib

İspaniya La Liqasının XXIX turunda "Alaves"lə qarşılaşan "Real" 3:0 hesablı qələbəyə sevinib.
Matçın 31-ci dəqiqəsində hesabı açan Kərim Benzema üçün bu qol xüsusi əlamətdar olub.
Belə ki, 2009-cu ildən "kral klubu"nun şərəfini qoruyan fransız oyunçu Primeroda qarşılaşdığı 31 komandanın hər birinə qol vurmuş olub.
"Real" forması ilə La Liqada ümumilikdə 237 oyuna çıxan Kərim 120 dəfə rəqiblərini məyus edib.
Qeyd edək ki, Benzema bu mövsüm meydana çıxdığı 23 oyunda 9 qola imza atıb və 4 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb. (apasport.az)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər