SON DƏQİQƏ
» » Azərbaycan III MDB Oyunlarını 184 medalla başa vurub

Azərbaycan III MDB Oyunlarını 184 medalla başa vurub

Tarix:

9-10-2025, 08:33

/ 2 371 dəfə oxundu.
Azərbaycan III MDB Oyunlarını 184 medalla başa vurub

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub.
GunAz.az xəbər verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında Azərbaycan təmsilçiləri 6 medal qazanıblar.
Bununla da Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb.
Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.
скачать dle 12.1

Şərhlər