SON DƏQİQƏ
» » "Qarabağ" - "Kopenhagen" oyununa biletlərin qiyməti bəlli oldu

"Qarabağ" - "Kopenhagen" oyununa biletlərin qiyməti bəlli oldu

Tarix:

12-09-2025, 14:55

/ 4 248 dəfə oxundu.
"Qarabağ" - "Kopenhagen" oyununa biletlərin qiyməti bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçını izləmək istəyən qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb.
Gunaz.Az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti 200 Danimarka kronu (təxminən 53 manat) olacaq. Azarkeşlər vauçer alaraq onları matç zamanı biletə dəyişəcəklər.
Qeyd edək ki, "Qarabağ" Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
скачать dle 12.1

Şərhlər