SON DƏQİQƏ

Azərbaycan millisi dünya üçüncüsü oldu

Tarix:

25-08-2025, 08:22

/ 2 483 dəfə oxundu.
Azərbaycan millisi dünya üçüncüsü oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.
GunAz.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.
скачать dle 12.1

Şərhlər