SON DƏQİQƏ
» » İdmançımız Avropa birinciliyində 2 qızıl 1 gümüş medal qazandı

İdmançımız Avropa birinciliyində 2 qızıl 1 gümüş medal qazandı

Tarix:

24-07-2025, 15:05

/ 3 517 dəfə oxundu.
İdmançımız Avropa birinciliyində 2 qızıl 1 gümüş medal qazandı

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.
İkinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U 15 kateqoriyasında mübarizəyə qoşulub. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub.
Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb. Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.
скачать dle 12.1

Şərhlər