SON DƏQİQƏ

“Turan Tovuz” “Səbail”ə qarşı

Tarix:

5-04-2025, 11:47

/ 3 701 dəfə oxundu.
“Turan Tovuz” “Səbail”ə qarşı

Bu gün Premyer Liqada XXIX tura start veriləcək.
Turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
“Turan Tovuz” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 17:00-da başlayacaq.
“Turan Tovuz” hazırda turnir cədvəlində 43 xalla dördüncü pillədə qərarlaşıb. Sonuncu - 10-cu yerdə olan “Səbail”in isə 19 xalı var.
Misli Premyer Liqası
IV dövrə, XXIX tur
5 aprel
17:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev
“ASCO Arena”
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.
скачать dle 12.1

Şərhlər