SON DƏQİQƏ

Azərbaycan millisi FIFA reytinqində gerilədi

Tarix:

3-04-2025, 13:51

/ 3 444 dəfə oxundu.
Azərbaycan millisi FIFA reytinqində gerilədi

Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib.
GunAz.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv hazırda 1160 xalla 119-cu sırada qərarlaşıb.
Buna yığmanın beynəlxalq yoldaşlıq oyunlarında Haiti (0:3) və Belarusa (0:2) uduzması səbəb olub.
Qeyd edək ki, son dünya çempionu Argentina (1886.16) birinci pillədə qərarlaşıb. Bir mövqe irəliləyən İspaniya (1854.64) ikincidir. Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa (1852.71) üçüncü sıraya düşüb. Ukrayna (1559.81) 25-ci yerdə qalıbsa, dörd pillə geriləyən İslandiya (1336.55) 74-cüdür.
скачать dle 12.1

Şərhlər