SON DƏQİQƏ
» » “Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib

“Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib

Tarix:

13-12-2024, 21:12

/ 4 170 dəfə oxundu.
“Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib

Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyası və "Seni" şirkətinin dəstəyi ilə Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib.
Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladlarının ifasında Azərbaycan Himni səsləndirilib, həmçinin Himnin sözləri əlilliyi olan şəxslər tərəfindən işarət dilində təqdim olunub.
Çempionatda 5 kateqoriya (BC1, BC2, BC3, BC4, BC5) və uşaq kateqoriyasında 100-ə yaxın idmançı iştirak edib.
Final yarışları həmin kateqoriyalar üzrə finala çıxan paralimpiyaçılar arasında keçirilib.
Yekunda qaliblərin adları açıqlanaraq onlara mükafatlar təqdim edilib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən çempionat beynəlxalq boccia təşkilatı BISFED qaydalarına əsasən təşkil edilib.
Rəsmiyyə HEYBƏTAĞAQIZI


скачать dle 12.1

Şərhlər