SON DƏQİQƏ

Bu gün Türkiyənin oyunu var

Tarix:

2-07-2024, 08:46

/ 3 611 dəfə oxundu.
Bu gün Türkiyənin oyunu var

Bu gün AÇ-2024-ün 1/8 final oyunlarına yekun vurulacaq.
GunAz.az xəbər verir ki, baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adları məlum olacaq.
Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki “Alyans Arena”da keçiriləcək.
Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Oyun Leyptsiq şəhərindəki “Red Bull Arena”da baş tutacaq.
AÇ-2024
1/8 final
2 iyul
20:00. Rumıniya - Niderland
Baş hakim: Feliks Şvayer (Almaniya).
Münhen, “Alyans Arena”.
23:00. Avstriya - Türkiyə
Baş hakim: Artur Diaş (Portuqaliya).
Leyptsiq, “Red Bull Arena”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ