SON DƏQİQƏ
» » Avro-2024: Almaniya qrup lideri, Macarıstan isə...

Avro-2024: Almaniya qrup lideri, Macarıstan isə...

Tarix:

24-06-2024, 08:00

/ 2 325 dəfə oxundu.
Avro-2024: Almaniya qrup lideri, Macarıstan isə...

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə - Almaniya görüşü 1:1 hesabı ilə başa çatıb.
GunAz.az xəbər verir ki, matç Frankfurtdakı "Valdştadion"da baş tutub.
Bu nəticənin ardından A qrupundakı xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.
Bundan əlavə, III turunun Şotlandiya - Macarıstan görüşü isə macarların minimal qələbəsi ilə bitib.
Oyunda yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib.
Bu qələbə sayəsində 3 xal qazanan Macarıstana A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.
скачать dle 12.1

Şərhlər