SON DƏQİQƏ

Azərbaycana qalib gəlib, çempion olublar

Tarix:

17-06-2024, 14:32

/ 1 881 dəfə oxundu.
Azərbaycana qalib gəlib, çempion olublar

Voleybol üzrə Avropa Qızıl Liqasının qalibləri bəlli olub.
GunAz.az xəbər verir ki, qadınların mübarizəsində həlledici matçda Çexiya və İsveç komandaları qarşılaşıblar.
Çexiyanın Ostrava şəhərində keçirilən “Dördlər finalı"nda İsveç qalib olub. Skandinaviyalılar finalda meydan sahiblərini 3:2 hesabı ilə məğlub ediblər. 3-cü yeri Rumıniyaya 3:0 hesabı ilə qalib gələn Belçika tutub.
Osiyekdə (Xorvatiya) təşkil olunan kişilərin analoji turnirində Ukrayna voleybolçuları qələbəni bayram ediblər. Onlar finalda Xorvatiyaya 3:1 hesabı ilə qalib gəliblər. Estoniyanı məğlub edən Çexiya 3-cü olub.
Qeyd edək ki, qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasını 8-ci, kişilərdən ibarət komandamız isə sonuncu - 12-ci pillədə başa vurub. Çempion komandalar Azərbaycan yığmaları ilə oyunlarda 3:0 hesablı qələbə qazanıblar./idman.biz
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ