SON DƏQİQƏ

UEFA final oyunlarının hakimlərini AÇIQLADI

Tarix:

13-05-2024, 20:34

/ 3 598 dəfə oxundu.
UEFA final oyunlarının hakimlərini AÇIQLADI

UEFA 2023-2024-cü illər mövsümündə avrokubokların final oyunlarına hakim təyinatlarını açıqlayıb.
GunAz.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasında İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçiriləcək həlledici matçı (1 iyun) sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.
Qadın futbolçular arasında qitənin bir nömrəli klub turnirinin finalı (25 may) ingiltərəli Rebekka Uelşə tapşırılıb. O, İspaniya “Barselona”sının Fransa “Lion”u ilə duelində ədaləti qoruyacaq.
Avropa Liqasında İtaliya “Atalanta”sı ilə Almaniya “Bayer”inin görüşünün (22 may) baş hakimi rumıniyalı İştvan Kovaç olacaq.
Konfrans Liqasında Yunanıstanın “Olimpiakos” və İtaliyanın “Fiorentina” komandaları arasında reallaşacaq qarşılaşma (29 may) isə portuqaliyalı hakim Artur Soareş Diaşa həvalə olunub.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ