SON DƏQİQƏ

Ronaldu meydandan qovuldu-KOMANDASI...

Tarix:

9-04-2024, 09:34

/ 3 052 dəfə oxundu.
Ronaldu meydandan qovuldu-KOMANDASI...

Səudiyyə Ərəbistanı Superkubokunun ikinci yarımfinal matçı başa çatıb.
“Əl-Hilal” və “Ən-Nəsr” komandalarının qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Görüşdə əsas hadisələr ikinci hissədə cərəyan edib. Hesabı 61-ci dəqiqədə meydan sahiblərindən əl-Davsari açıb. 72-ci dəqiqədə Malkom fərqi ikiyə çatdırıb.
Qonaqların ulduz futbolçusu Kriştianu Ronaldu 87-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.
90+9-cu dəqiqədə Mane hesabdakı fərqi azaltsa da, “Ən-Nəsr”i məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, “Əl-Hilal” finalda “Əl-İttihad”la qarşılaşacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ