SON DƏQİQƏ
» » Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği artıb

Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği artıb

Tarix:

2-04-2024, 12:05

/ 1 915 dəfə oxundu.
Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği artıb

Azərbaycan Respublikasında futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği artıb.
GunAz.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
Qeyd olunub ki, 2022/2023 mövsümündə bu rəqəm 38 milyon manat təşkil edib. 2023/2024 mövsümündə isə bir milyon artaraq 39 milyona çatıb.
Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10) toplamda üç milyon, milli komandaların saxlanılması üçün üç milyon manat ödənilib.
Region Liqası və Region Liqa oyunların keçirilməsi və VAR layihə xərcləri hər iki mövsümdə bir milyon manatdır. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min verilib, menecer və məşqçi korpuslarının təhsilinə görə (AFFA-nın nəzdində) 300 min manat xərclənib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ