SON DƏQİQƏ
» » İlin ilk yerli yarışı bu tarixdə keçiriləcək

İlin ilk yerli yarışı bu tarixdə keçiriləcək

Tarix:

24-01-2024, 16:20

/ 3 370 dəfə oxundu.
İlin ilk yerli yarışı bu tarixdə keçiriləcək

20 yaşadək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF)  verilən məlumata görə, çempionat yanvarın 29-dan fevralın 1-dək təşkil olunacaq. Gənclər və İdman Nazirliyi ilə birgə keçiriləcək yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
İyirmi yaşadək gənclərdən ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da start götürəcək.
29 yanvar
Sərbəst güləş: 57 kiloqram, 65 kiloqram, 74 kiloqram, 86 kiloqram, 97 kiloqram.
30 yanvar
Sərbəst güləş: 61 kiloqram, 70 kiloqram, 79 kiloqram, 92 kiloqram, 125 kiloqram.
31 yanvar
Yunan-Roma güləşi: 55 kiloqram, 63 kiloqram, 72 kiloqram, 82 kiloqram, 97 kiloqram.
1 fevral
Yunan-Roma güləşi: 60 kiloqram, 67 kiloqram, 70 kiloqram, 87 kiloqram, 13 kiloqram.
скачать dle 12.1

Şərhlər