SON DƏQİQƏ
» » “Qalatasaray”-“Fənər” oyunu Bakıda keçiriləcək? - AFFA

“Qalatasaray”-“Fənər” oyunu Bakıda keçiriləcək? - AFFA

Tarix:

9-01-2024, 15:32

/ 4 016 dəfə oxundu.
“Qalatasaray”-“Fənər” oyunu Bakıda keçiriləcək? - AFFA

AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Türkiyə Futbol Federasiyası (TFF) ilə AFFA arasında hər hansı bir danışıq aparılmadığı bildirilib.
“AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyib. Türkiyə qardaş ölkədir, Azərbaycanda həmin ölkə futbolunun, klublarının nə qədər azarkeşinin olduğunu, necə sevildiyini bilirik. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmaldır”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Türkiyənin “Fotospor” nəşri Azərbaycanın Superkuboka ev sahibliyi etmək üçün TFF-yə məktub göndərdiyini yazıb. Həlledici qarşılaşmada İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbağça” üz-üzə gəlməlidir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ