SON DƏQİQƏ
» » “Qalatasaray” - “Fənərbaxça” matçı baş tutmadı

“Qalatasaray” - “Fənərbaxça” matçı baş tutmadı

Tarix:

29-12-2023, 22:16

/ 5 455 dəfə oxundu.
“Qalatasaray” - “Fənərbaxça” matçı baş tutmadı

Bu gün Türkiyə Superkubokunda “Qalatasaray”la “Fənərbaxça” arasında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan oyun baş tutmayıb.
 Səudiyyə Ərəbistanı hökuməti klublara qadağa tətbiq etdiyinə görə görüş keçirilməyib.
Məsələ burasındadır ki, komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı olub.  Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Oyunun başlanma saatından bir qədər sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib.
Qeyd edək ki, matç Bakı vaxtilə saat 21:45-də başlanmalı idi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ