SON DƏQİQƏ

Məşhur futbolçunu ildırım vurub

Tarix:

12-12-2023, 18:17

/ 2 027 dəfə oxundu.
Məşhur futbolçunu ildırım vurub

Braziliyanın “Uniau Japirense” komandasının 22 yaşlı futbolçusu Kayo Enrike de Lima matç zamanı ildırım vurması səbəbindən dünyasını dəyişib.

Bu barədə Braziliyanın "Globo" portalı məlumat yayıb.
Hadisə Parana ştatında həvəskarlar arasında regional kubok matçı zamanı baş verib. Bildirilib ki, daha 6 futbolçu xəsarət alıb.
Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib, vəfatı ilə əlaqədar matəm elan edib.
скачать dle 12.1

Şərhlər