SON DƏQİQƏ

Voleybolçumuzun vəziyyəti yenidən pisləşdi

Tarix:

9-12-2023, 10:17

/ 1 899 dəfə oxundu.
Voleybolçumuzun vəziyyəti yenidən pisləşdi

Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib.

Bu barədə klubun baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesabında yazıb.
O, voleybolçunun qanaxma səbəbilə yenidən əməliyyat edildiyi bildirib.
Z.Rəcəbov Turalın təcili qana (3+) ehtiyacı olduğunu, kömək edəcək şəxslərin Qan Bankına yaxınlaşmalarının vacibliyini qeyd edib.
Qeyd edək ki, 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ