SON DƏQİQƏ

AFFA-dan bu kluba rədd gəldi

Tarix:

25-11-2023, 16:47

/ 3 048 dəfə oxundu.
AFFA-dan bu kluba rədd gəldi

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.
"Zirə"nin futbolçusu Vladislav Kulaçın Premyer Liqasının 12-ci turunda "Sabah"la görüşdə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılması ilə bağlı şikayəti qismət təmin edilib.
Hücumçunun diskvalifikasiya müddəti azaldılıb. Ona bir matçlıq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb. Ukraynalı forvarda üç aylıq sınaq müddəti təyin olunub.
Bundan əlavə, "Sumqayıt"ın şikayəti təmin edilməyib.
"Neftçi" ilə XIII tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ