SON DƏQİQƏ

"Kəpəz" klubunda yeni təyinatlar olub

Tarix:

20-11-2023, 19:58

/ 2 975 dəfə oxundu.
"Kəpəz" klubunda yeni təyinatlar olub

“Kəpəz”in yeni baş məşqçisi Adil Şükürovun köməkçiləri müəyyənləşib.
Gəncə klubundan verilən məlumata görə, ona dörd mütəxəssis yardımçı olacaq.
Məşqçilər korpusunda İlyas Qurbanov, Zaur Əsədov, Elşad Tahirov və İlkin Verdiyev yer alıblar. Tahirov qapıçılar üzrə məşqçi, Verdiyev analitik funksiyasını yerinə yetirəcək. Köməkçilərlə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Adil Şükürov “Kəpəz”in baş məşqçi postunda Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra istefa verən Azər Məmmədovu əvəzləyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ