SON DƏQİQƏ
» » Belçika-Azərbaycan oyununun hakimləri kim olacaq?

Belçika-Azərbaycan oyununun hakimləri kim olacaq?

Tarix:

16-11-2023, 14:54

/ 1 751 dəfə oxundu.
Belçika-Azərbaycan oyununun hakimləri kim olacaq?

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Gerqo Boqara Teodoros Georgiu və Balaş Salai kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ