SON DƏQİQƏ

Avro 2024: Millimizin heyəti açıqlandı

Tarix:

9-10-2023, 08:00

/ 1 814 dəfə oxundu.
Avro 2024: Millimizin heyəti açıqlandı

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Baş məşqçi Canni De Byazi 26 oyunçuya dəvət göndərib.

Siyahı aşağıdakı kimidir:

Şahrudin Məhəmmədəliyev - "Adana Demirspor" (Türkiyə), Səlahət Ağayev - "Səbail", Rəşad Əzizli - "Qəbələ", Aleksey İsayev - "Sabah", Rüstəm Əhmədzadə - "Zirə", Anton Krivotsyuk - "Daejon Hana" (Cənubi Koreya), Nəriman Axundzadə - "Qarabağ", Bəxtiyar Həsənalızadə - "Tuzlaspor" (Türkiyə), Coşqun Diniyev - "Umraniyespor" (Türkiyə), Eddi İsrafilov - "Neftçi", Elvin Camalov - "Sabah", Elvin Cəfərquliyev - "Qarabağ", Emil Səfərov - "Qəbələ", Emin Mahmudov - "Neftçi", Filip Ozobiç - "Neftçi", Höccət Haqqverdi - "Neftçi", Mahir Emreli - "Dinamo" (Zaqreb, Xorvatiya), Musa Qurbanlı - "Yurqorden" (İsveç), Ozan Can Kökçü - "Eyndhoven" (Niderland), Qismət Alıyev - "Zirə", Rahil Məmmədov - "Qarabağ", Ramil Şeydayev - "Buriram Yunayted" (Tailand), Renat Dadaşov - "Hatayspor" (Türkiyə), Cəlal Hüseynov - Arda (Bolqarıstan), Toral Bayramov - "Qarabağ", Yusif Nəbiyev - "Səbail".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ