"Qarabağ"dan "Hakken" oyunu ilə bağlı azarkeşlərə müraciət
Tarix:
30-09-2023, 17:33
/ 2 412 dəfə oxundu.
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə "Hakken"lə üz-üzə gələcək "Qarabağ" azarkeşlərə müraciət edib.
Bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Bildirilib ki, komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Ullevi" stadionunda 8-ci qapının qarşısından ala bilərlər.
Tərəfdarlardan şəxsiyyət vəsiqəsini təsdiq edən sənədi özləri ilə götürməsi tələb olunub. Biletlərin qiyməti 22 avrodur.
Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq "Hakken"-"Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.