SON DƏQİQƏ

Arda Gülərə "əxlaqsız təklif" edilib?

Tarix:

3-07-2023, 10:40

/ 1 701 dəfə oxundu.
Arda Gülərə "əxlaqsız təklif" edilib?

"Fənərbağça”da qalıb-qalmayacağı hələ dəqiq bilinməyən gənc ulduz Arda Gülərin mövsümün sonunda qeyri-etik təklif aldığı məlum olub.

Avropanın nəhəng klubları peşəkarlığa yaraşmayan əxlaqsız təkliflə Ardanın qapısını döyüb. Bildirilir ki, Ardanın müqaviləsində onun 1500 dəqiqədən az oynayacağı təqdirdə mövsümün sonunda 5 milyon avro qarşılığında sərbəst agent ola biləcəyi barədə şərt var imiş. Klublar Ardaya təklif ediblər ki, zədələndiyini bəhanə edərək, oyunlara çıxmasın.

Klublar Ardanı 5 milyon avro qarşılığında transfer etməyi hədəfləyib. Əvəzində isə Ardaya yüksək qonorar təklif edilib. Arda isə təklifləri rədd edib. Xarici KİV-lər klubların bu həmləsini "Əxlaqsız təklif” kimi təqdim ediblər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ