SON DƏQİQƏ

Messi Səudiyyədən rəsmi təklif aldı

Tarix:

5-05-2023, 08:00

/ 2 961 dəfə oxundu.
Messi Səudiyyədən rəsmi təklif aldı

Fransanın PSJ futbol klubunun argentinalı futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan rəsmi təklif alıb.

Bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, PSJ futbol klubu Lionel Messini iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb. Sözügedən qərar futbolçunun Liqa 1-də "Loryen"lə matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getməsi ilə əlaqədardır. Həmin matçda parislilər 1:3 hesabı ilə məğlub olublar.

Messinin cari mövsümün sonunda PSJ ilə müqaviləni yeniləməyəcəyi barədə xəbərlər də yayılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ