SON DƏQİQƏ

Beşiktaş- Qalatasarayı məğlub etdi

Tarix:

1-05-2023, 08:13

/ 1 745 dəfə oxundu.
Beşiktaş- Qalatasarayı məğlub etdi

Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

XXXII turda "Beşiktaş" evdə "Qalatasaray"ı qəbul edib. "Vodafon Park" stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray" turnir cədvəlində 70 xalla (30 oyun) 1-ci, "Beşiktaş" 65 xalla (31 oyun) 3-cüdür.

Komandalar arasındakı bundan əvvəlki oyunda "Qalatasaray" 2:1 hesabı ilə qalib gəlmişdi.

"Beşiktaş" - "Qalatasaray" - 3:1

скачать dle 12.1

Şərhlər