
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.
İlk oyun günündə 2 qarşılaşma keçiriləcək. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.
Gecənin ən prinsipial matçı İngiltərədə "Çelsi" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında olacaq. Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək. Dortmunddakı ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
Digər qarşılaşmada isə "Benfika" Portuqaliyada Belçika "Brügge"sini qəbul edəcək. Matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halil Umut Meler olacaq. İlk görüşdə Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0.
Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.






























