SON DƏQİQƏ
» » Əliyar Ağayevin təyinat aldığı oyun niyə təxirə salındı?

Əliyar Ağayevin təyinat aldığı oyun niyə təxirə salındı?

Tarix:

1-03-2023, 20:27

/ 2 040 dəfə oxundu.
Əliyar Ağayevin təyinat aldığı oyun niyə təxirə salındı?

Bu gün "Olimpiakos" və AEK komandaları arasında keçirilməli olan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu təxirə salınıb.

Buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

Hələlik qarşılaşmanın yeni tarixi açıqlanmayıb. İlk matçda AEK komandası 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Olimpiakos" - AEK oyununa Azərbaycanın FİFA referisi Əliyar Ağayev təyinat alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ