SON DƏQİQƏ

"Neftçi" "Zirə"ni darmadağın etdi

Tarix:

29-10-2022, 20:34

/ 1 401 dəfə oxundu.
"Neftçi" "Zirə"ni darmadağın etdi

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində daha bir oyun keçirilib.

"Neftçi” səfərdə "Zirə” ilə qarşılaşıb.

 

Görüş qonaqların darmadağını ilə yekunlaşıb. "Ağ-qaralar” rəqibini 3 cavabsız qolla məğlub edib.

Qolları 6-cı dəqiqədə Yeqor Boqomolski, 76-cı dəqiqədə Qodsvey Donyo, 83-cü dəqiqədə isə Emin Mahmudov vurub.

Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən "Neftçi” 3-cü pillədə yerini bir qədər də möhkəmlədib. "Zirə” isə 19 xalla 4-cü pillədə qalıb.

Bu gün keçirilən ilk oyunda isə "Kəpəz” "Səbail”i darmadağın edib – 3:0.

Qeyd edək ki, açılış oyununda "Turan Tovuz” evdə "Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək "Şamaxı” – "Qarabağ” və "Sabah” – "Qəbələ” oyunları ilə yekun vurulacaq

скачать dle 12.1

Şərhlər