SON DƏQİQƏ
» » Çempionlar Liqası: PSJ qalib, Real isə məğlub oldu

Çempionlar Liqası: PSJ qalib, Real isə məğlub oldu

Tarix:

26-10-2022, 08:19

/ 1 738 dəfə oxundu.
Çempionlar Liqası: PSJ qalib, Real isə məğlub oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha altı oyunu keçirilib. Nəticədə səkkizdəbir finala vəsiqə qazanan növbəti üç komandanın adı bəlli olub.

E qrupunda Zaqreb "Dinamo"su Xorvatiyada İtaliya "Milan"ını qəbul edib. Ev sahibləri 0:4 hesabı ilə məğlub olub.

F qrupunda Almaniyanın "Leyptsiq" komandası İspaniya "Real Madrid"inə 3:1 hesabı ilə qalib gəlib. Digər matçda isə Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Şotlandiyada "Seltik"lə heç-heçə edib - 1:1.

G qrupunda Dortmund "Borussiya"sı İngiltərənin "Mançester Siti" klubu ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb.

H qrupunda isə Fransanın "PSJ” klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasını 7:2 hesabı ilə darmadağın edib. Portuqaliya "Benfika"sı isə İtaliya "Yuventus"una 4:3 hesabı ilə qalib gəlib. Bununla da "PSJ” və "Benfika" komandaları növbəti mərhələyə adlayıblar

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ