SON DƏQİQƏ

Messi şəxsi rekordunu yenilədi

Tarix:

6-10-2022, 08:24

/ 1 715 dəfə oxundu.
Messi şəxsi rekordunu yenilədi

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib.

35 yaşlı hücumçu buna Portuqaliyada "Benfika"ya qarşı keçirilən qrup mərhələsinin III tur matçında fərqlənməklə nail olub.

22-ci dəqiqədə adını tabloya yazdıran təcrübəli forvard turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb.

Qeyd edək ki, ilk hissədən sonra qarşılaşmada hesab bərabərdir - 1:1.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ