SON DƏQİQƏ

Vəzifəli şəxs Bakı-Qazax yolunda qəza törətdi- Ölən var

Tarix:8-08-2022, 11:37 Oxunub:1 220

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

Hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqlənib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<