SON DƏQİQƏ

Goranboyda ağır yol qəzası olub- ÖLƏN VAR

Tarix:

4-08-2022, 20:54

/ 1 370 dəfə oxundu.
Goranboyda ağır yol qəzası olub- ÖLƏN VAR

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər