SON DƏQİQƏ
» » AXCP Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib

AXCP Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib

Tarix:

27-06-2022, 09:53

/ 2 540 dəfə oxundu.
AXCP Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib

AXCP-nin Bərdə rayon şöbəsinin sədri Çapay Sadıqlının qətli şəxsi münasibətlər zəminində baş verib. 

Baş Prokurorluqdan  verilən məlumata görə,  iyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalar bəricəsində məlum olub ki, zərərçəkənin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovla şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ