SON DƏQİQƏ

Maşın ağaca çırpıldı - Sürücü öldü

Tarix:

8-06-2022, 22:04

/ 1 491 dəfə oxundu.
Maşın ağaca çırpıldı - Sürücü öldü

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az-ın məlumatına görə, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Balakən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Balakən rayonu Mahmalar kənd sakini, 1993-cü il təvəllüdlü Qaracayev Kərim İbadullah oğlu idarə etdiyi "VAZ 2101” markalı minik avtomobili ilə Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən idarəetməni itirib və nəticədə, avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Kərim Qaracayev Balakən Mərkəzi Xəstəxanasına  aparılıb.

Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ