SON DƏQİQƏ
» » SON DƏQİQƏ: Azərbaycanda zavodda partlayış oldu

SON DƏQİQƏ: Azərbaycanda zavodda partlayış oldu

Tarix:

8-06-2022, 18:28

/ 2 044 dəfə oxundu.
SON DƏQİQƏ: Azərbaycanda zavodda partlayış oldu

Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz” zavodunda sursat partlayıb.

Sursatın partlaması nəticəsində "Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

 

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

"Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ