SON DƏQİQƏ
» » Azərbaycanda avtobus qəzası olub- Çox sayda yaralananlar var

Azərbaycanda avtobus qəzası olub- Çox sayda yaralananlar var

Tarix:

25-05-2022, 08:31

/ 1 360 dəfə oxundu.
Azərbaycanda avtobus qəzası olub- Çox sayda yaralananlar var

Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.

 

Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən "Ford” markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub.

Hadisə zamanı Goranboy rayon sakinləri: 1981-ci il təvəllüdlü Zaur Kərimov, Qəşəm Məmmədov (1965-ci il), Abbas Abbasov (1984-cü il), Süsən Rzayeva (1979-cu il), Yeganə Daşdəmirova (1970-ci il), Ayxan Rzazadə (2000-ci il), Bəylər Rzayev (2004-cü il), Aynurə Quliyeva (1986-cı il) və daha bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır

скачать dle 12.1

Şərhlər