SON DƏQİQƏ
» » Türkiyədə atışma oldu- Azərbaycanlı aktyor yaralandı

Türkiyədə atışma oldu- Azərbaycanlı aktyor yaralandı

Tarix:

24-05-2022, 08:09

/ 2 533 dəfə oxundu.
Türkiyədə atışma oldu- Azərbaycanlı aktyor yaralandı

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində biri polis olmaqla, 7 nəfər yaralanıb.

Xəsarət alanlardan biri tanınmış azərbaycanlı aktyor Kamran Dadaşzadədir. Onun həyati təhlükəsinin olduğu bildirilib.

Münaqişə zamanı bir nəfərin polisin silahını götürərək qarşı tərəfə atəş açması kameraya əks olunub.

Davaya müdaxilə etmək istəyən polis məmuru boyun və kürəyindən xəsarət alıb.

Toqquşmada Zahidə Bozan, Fatih Çakırdaş, Əhməd Memiş, Suat Alp, Əhməd Korkular, Kamran Dadaşzadə və İbrahim Halil Kiçikyılmaz yaralanıb.

Məlum olub ki, Polat Öztürk, Ayhan Öztürk, Mahmud Korkular və Rəmzi Korkular arasında əvvəllər də düşmənçilik olub.

Hadisə yerində onlarla şübhəli insan saxlanılıb.

Qeyd edək ki, yaralanan aktyor Kamran Dadaşzadə "Savaşçı" filmində rol alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ